Dövlət sifarişi əsasında qəbul

Dövlət sifarişi əsasında qəbul

Azərbaycan Universitetinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. Bakalavriat səviyyəsi üzrə bütün ixtisaslara, magistratura səviyyəsi üzrə isə MBA istisna olmaqla bütün ixtisaslaşmalara DÖVLƏT SİFARİŞİ əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul aparılır.

2020/2021-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 66 tələbə Dövlət sifarişi əsasında qəbul olub. Onların 42-si abituriyent, 24-ü isə subbakalavrdır.

Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd

Dövlət büdcəsinin vəsasiti hesabına təqaüd Dövlət sifarişi əsasında qəbul olan tələbələrlə yanaşı, ödənişli əsaslarla qəbul olan tələbələrə də şamil olunur.

Ödənişli əsaslarla qəbul olan tələbələr II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala bilirlər. Hazırda universitetin 185 tələbəsinə Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd təyin olunub. Təqaüdlərin məbləği bakalavriat səviyyəsi üzrə 75, 110 və 130 manat, magistratura səviyyəsi üzrə isə 80, 120, 145 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.