XƏBƏRLƏR
Tərcümə və filologiya kafedrası yazılı tərcümə qaydalarına dair təlim keçirib
Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrası tərəfindən “İş mühitində yazılı tərcümənin yerinə yetirilməsi qaydaları” mövzusunda təlim təşkil edilib. Tərcümə (ingilis dili) və filologiya (ingilis dili) ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunan təlimi kafedranın müəllimi Oqtay İsmayıl aparıb.
Kafedranın pedaqoji heyətinin də iştirak etdiyi təlim zamanı iştirakçılara peşəkar tərcümə agentliklərində yazılı tərcümə prosesinin əsas mərhələləri, qarşılaşa biləcəkləri çətinliklər və onların həlli yolları barədə geniş məlumat verilib. Tərcümə materiallarının və sənədlərin qəbul edilməsi, müqavilə şərtlərinin razılaşdırılması, transliterasiya və transkripsiya qaydaları, sənədlərin müştəriyə geri təhvil verilməsi kimi vacib məsələlər izah olunub.
İnteraktiv şəkildə təşkil olunan təlim müzakirə və iştirakçıların suallarının cavablandırılması ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi