XƏBƏRLƏR

Azərbaycan Universitetində “Ədəbiyyat və incəsənət” mövzusunda seminar keçirilib

Azərbaycan Universitetində “Ədəbiyyat və incəsənət” mövzusunda seminar keçirilib

18 aprel 2025

Baxış sayı: 87

Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Əliyevanın təqdimatında “Ədəbiyyat və incəsənət” mövzusunda seminar keçirilib. Seminarda Filologiya ixtisası üzrə təhsil alan birinci kurs tələbələri, Tərcümə və filologiya kafedrasının bir qrup müəllim heyəti və universitetin əməkdaşları iştirak edib. 

Ülviyyə Əliyeva olduqca maraqlı və interaktiv formatda keçən seminarda ədəbiyyat və incəsənətin qarşılıqlı əlaqəsi, ədəbi nümunələrin incəsənətdə rolu, müxtəlif sənət növlərinin insan düşüncəsinə və yaradıcılığına təsirindən bəhs edib. Seminar mövzu ətrafında müzakirələrlə davam edib. 

Seminarın sonunda sual-cavab sessiyası olub. Ülviyyə Əliyeva tədbir iştirakçılarının mövzuya dair suallarını cavablandırıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR