XƏBƏRLƏR

Azərbaycan Universiteti Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təlimində təmsil olunub

Azərbaycan Universiteti Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təlimində təmsil olunub

07 iyul 2025

Baxış sayı: 117

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində ali təhsil müəssisələrinin əməkdaşları üçün tələbələrin köçürülməsi prosesi ilə bağlı təlim keçirilib.

Təlim zamanı iştirakçılara köçürülmə prosesinin elektron portal vasitəsilə təşkili, sistemdə tətbiq olunan yeniliklər barədə məlumatlar təqdim olunub. Həmçinin tələbələrin təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istədikləri hallarla bağlı müzakirələr aparılıb.

İki gün davam edən təlimdə ölkənin 40 ali təhsil müəssisəsindən prorektorlar və tədris işləri üzrə məsul şəxslər olmaqla, ümumilikdə 90 nəfər nümayəndə iştirak edib. Təlimdə Azərbaycan Universitetini Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva təmsil edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR