XƏBƏRLƏR

Azərbaycan Universitetində 2024-cü ildə 4 elmi konfrans keçiriləcək

Azərbaycan Universitetində 2024-cü ildə 4 elmi konfrans keçiriləcək

16 yanvar 2024

Baxış sayı: 2017

Azərbaycan Universitetində 2024-cü ildə 2-si beynəlxalq, 2-si isə respublika miqyaslı olmaqla 4 elmi konfransın keçirilməsi nəzərdə tutulur.

15 mart 2024-cü ildə keçiriləcək Gənc tədqiqatçıların VII elmi konfransının məqsədi ölkənin müxtəlif universitetlərində, müxtəlif pillələrdə təhsil alan gənc tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün platforma təklif etməkdir. Gənc alim və tədqiqatçılar İKT və tətbiqləri, humanitar elmlər, iqtisadiyyat, sosial elmlər, təbiət elmləri üzrə tezislərini  16 fevral 2024-cü il tarixinədək genc.tedqiqatci@au.edu.az ünvanına göndərə bilərlər. 

Konfransın səhifəsinə keçid: 

https://au.edu.az/az/conferences/genc_tedqiqatcilarin_yeddinci_respublika_elmi_konfransi_2024

“Yaşıl turizm: yeni imkanlar, yeni trendlər” respublika konfransının 12 aprel 2024-cü il tarixində keçirilməsi planlaşdırılır. Konfransın məqsədi Azərbaycanın müxtəlif universitetlərində, bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, peşə biliklərinin dərinləşdirilməsi və genişləndirilməsi, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və öz elmi nəticələrini təqdim etmək üçün platforma təklif etməkdir.

Konfransa tezislərin son təqdim edilmə tarixi  20 mart 2024-cü ildir.

Konfransın səhifəsinə keçid: 

https://au.edu.az/az/conferences/yasil_turizm_yeni_imkanlar_yeni_trendler

3 may 2024-cü il tarixində keçiriləcək “Cənubi Qafqaz müasir qlobal çağırışlar kontekstində” beynəlxalq konfransında Cənubi Qafqazdakı ictimai, siyasi, hərbi, ekoloji, loqistika ilə bağlı baxışların regional və beynəlxalq prizmadan araşdırılması üçün platformaların təklif edilməsi nəzərdə tutulur. 

Konfransa tezislərin son təqdim edilmə tarixi  1 aprel 2024-cü ildir.

Konfransın səhifəsinə keçid: 

https://au.edu.az/az/conferences/cenubi_qafqaz_yeni_qlobal_cagirislar_kontekstinde_2024

“II International Conference on Social Work & Social Research” beynəlxalq konfransı isə 6-7 dekabr 2024-cü il tarixlərində keçiriləcək. Konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir. 

Konfransın səhifəsinə keçid: 

https://au.edu.az/az/conferences/international_conferense_on_social-work-social-research_2024

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR