XƏBƏRLƏR

Prorektor Yusif Qasımov Heydər Əliyevə həsr olunan konfransda plenar məruzə ilə çıxış edib

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən “Azərbaycan Respublikasının inkişaf strategiyası: potensial imkanlar və yeni çağırışlar” respublika elmi-praktik konfransında “Azərbaycanda ali təhsil: müasir çağırışlar” mövzusunda plenar məruzə ilə çıxış edib. Məruzədə ölkə prezidentinin “neftə əsaslanan iqtisadiyyatdan insan kapitalına əsaslanan iqtisadiyyata keçid” çağırışının reallaşmasında bütün pillələrdə təhsilin və elmi tədqiqatın rolu, bu istiqamətdə mövcud çağırışlar və problemlər, onların həlli yolları, qabaqcıl ölkələrin praktikası və başqa bu kimi məsələlərə yer verilib. 

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan konfransın işində 20-dən artıq ali təhsil müəssisəsi, akademiya, elmi-tədqiqat institutu və təşkilat iştirak edib. Tədbirdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov və İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev təmsil edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR