XƏBƏRLƏR

Doktorant Yeganə İsgəndərovanın ilkin müzakirəsi təşkil olunub

Tərcümə və filologiya kafedrasının iclasında doktorant Yeganə Xaləddin qızı İsgəndərovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Müasir ingilis dilindəki bədii mətnlərin təhkiyə strukturunda keçmişin ifadə vasitələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayevanın sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Azad Məmmədovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR