XƏBƏRLƏR

Tələbələr üçün “Narkotik maddə istifadəçiləri ilə sosial iş” mövzusunda mühazirə təşkil olunub

Tələbələr üçün “Narkotik maddə istifadəçiləri ilə sosial iş” mövzusunda mühazirə təşkil olunub

23 aprel 2025

Baxış sayı: 64

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi, Mariya Davidovanın Sosial iş ixtisasının II kurs tələbələrinə tədris etdiyi “Narkotik maddə istifadəçiləri və alkoqoldan asılı şəxslərlə sosial iş” fənninin qonaq mühazirəçisi Sosial iş üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova olub. Qonağı tələbələrə Mariya Davidova təqdim edib və bildirib ki, Günay Həsənova müxtəlif illərdə ədliyyə orqanlarında böyük inspektor və şöbə rəisi vəzifələrində çalışıb, Ədliyyə mayoru xüsusi rütbəsi ilə təltif olunub, hazırda isə elmi-pedaqoji fəaliyyətlə məşğuldur, təlimçi və ekspertdir.

Ardınca Günay Həsənova tələbələr qarşısında məruzə ilə çıxış edib. Məruzə  “Narkotik maddələrdən asılılıq”, “Narkomaniyanın yayılmasının səbəbləri və nəticələri”, “Narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə və reabilitasiyası”, “Asılılıqlarda statistik göstəricilər”, “Narkotik asılılığın təkrarlanması”, “Narkotik asılılıqdan azad olanların sosial adaptasiyası üçün tədbirlər”, “Narkomaniyaya qarşı profilaktik tədbirlər” kimi mövzuları əhatə edib. Mövzular praktiki nümunələrlə izah olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR