XƏBƏRLƏR

Slovakiyanın Preşov Universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub

Slovakiyanın Preşov Universitetinin (University of Presov) nümayəndə heyəti Azərbaycan Universitetini ziyarət edib. Qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Preşov Universitetini Daxili keyfiyyət təminatı üzrə prorektor Jana Burgerova, Tədris işləri üzrə prorektor Ivana Cimermanova, Təhsil fakültəsinin dekan müavini Renata Bernatova, Azərbaycan Universitetini isə elmi işlər üzrə prorektor Yusif Qasımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova təmsil ediblər. 

Tərəflər görüş zamanı təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, fakültələr və tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr və həyata keçirilən layihələr, tələbə mübadilə proqramlarında iştirak, elmi tədqiqat fəaliyyəti və tələbələr üçün yaradılan imkanlar barədə məlumat veriblər. Mümkün əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə, həmçinin ikili diplom proqramlarının yaradılmasına dair fikir mübadiləsi aparılıb. 

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub və xatirə şəkli çəkilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR