XƏBƏRLƏR

Dekan Asif Paşayev Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən dəyirmi masada iştirak edib

Dekan Asif Paşayev Heydər Əliyev adına Hərbi İnstitutda  keçirilən dəyirmi masada iştirak edib

03 mart 2023

Baxış sayı: 5389

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən “Müasir tədris prosesi: problemlər, yeni tələblər və çağırışlar” mövzusunda dəyirmi masada məruzə ilə çıxış edib. Tədbir Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub. 

Asif Paşayev “Müasir dərsin həyata keçirilməsində yeni tələblər və çağırışlar” adlı məruzəsində qeyd edib ki, müasir çağırışlar tədris prosesinə yeni yanaşma tələb edir və müasir dərs yeni reallıqlarla üzləşir. Müasir tələblərə cavab verən universtetə çevrilmə hər bir ali təhsil müəssisəsi üçün prioritet olmalıdır. Məruzə, tələbəyönümlü təhsil sistemi, tələbəyönümlü təhsil sisteminin maraqlı tərəflər üçün faydaları, təhsil proqramı prosesual axın modeli, proqramların və sillabusların tərtib və təsdiq olunması, ümummədəni kompetensiyalar, peşə kompetensiyaları və bu kimi mövzuları əhatə edib. 

Dəyirmi masada müasir tədris prosesində mövcud problemlər; hərbi təhsil və mülki təhsil müəssisələrində tədrisin spesifikası: qarşılıqlı müqayisə; müasir dərsin həyata keçirilməsində yeni tələblər və çağırışlar; təhsilalanları maraqlandıran və təəccübləndirən metodların seçilməsi: effektivlik və səmərəlilik kimi mövzulara dair fikir mübadiləsi aparılıb. 

Tədbirdə hərbi institutun zabit, professor-müəllim heyəti ilə yanaşı, Hərbi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Təhsil İnstitutu, Azərbaycan Universiteti, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndələri iştirak ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR