XƏBƏRLƏR
“iLanguage Academy” dil mərkəzində auditoriyadan kənar dərs təşkil olunub
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müəllimi Oqtay İsmayılın rəhbərliyi ilə “iLanguage Academy” dil mərkəzində Tərcümə (ingilis dili) ixtisası üzrə II kurs tələbələri üçün “Dil və tərcümə” mövzusunda auditoriyadan kənar dərs təşkil olunub.
Tələbələr burada mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar, onlara CEFR çərçivə sənədi (Common European Framework of Reference for Languages: Learning, Teaching, Assessment / Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə tövsiyə çərçivə sənədi) üzrə dil öyrənmənin mərhələləri, metodları və qaydaları, həmçinin IELTS, TOEFL, Duolingo kimi beynəlxalq dil sertifikasiyası imtahanları və onlara hazırlıq prosesi haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, dərs zamanı tələbələr etibarlı dil öyrənmə mənbələri, dərs vəsaitləri və kitablar barədə məlumat əldə ediblər, həmçinin onlara özünütəhsil (self-study) metodlarının effektiv tətbiqi izah olunub.
Sonda tələbələrə informativ video materiallar təqdim edilib, dil və tərcümə sahəsində biliklərini möhkəmləndirmələri üçün tövsiyələr verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi