XƏBƏRLƏR

Karyera İnkişafı və Məzunlarla İş Mərkəzi tələbələr üçün təlim təşkil edib

Azərbaycan Universitetinin Karyera İnkişafı və Məzunlarla İş Mərkəzi tərəfindən III kurs tələbələri üçün “CV-yə uyğun peşəkar LinkedIn profilinin hazırlanması” və “İşə qəbul müsahibəsinə hazırlıq” mövzularında iki təlim təşkil olunub.  

Təlimlərdə mərkəzin aparıcı mütəxəssisi Güllü Hacıyeva tərəfindən  tələbələrə peşəkar LinkedIn profilinin hazırlanması, şəxsi brendin formalaşdırılması, ATS-ə uyğun CV-nin hazırlanması, CV və LinkedIn profilinin uyğunlaşdırılması, müsahibə növləri və beynəlxalq müsahibə texnikaları, müsahibə zamanı effektiv ünsiyyət və özünü düzgün təqdimetmə, eləcə də insan resursları mütəxəssislərinin diqqət yetirdiyi əsas məqamlar haqqında ətraflı məlumat verilib.

İnteraktiv formada təşkil olunan təlimlərdə iştirakçılarla praktiki tapşırıqlar, nümunə müsahibələr və müzakirələr həyata keçirilib, onları  maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimlər mərkəzin “Karyera İnkişafı üzrə Təlim Proqramı” çərçivəsində təşkil olunub. Proqramın əsas məqsədi tələbələrin əmək bazarına hazırlığının artırılması, onların peşəkar bacarıqlarının inkişafına dəstək göstərilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR