XƏBƏRLƏR

Rektor Səadət Əliyeva “Social Work & Social Research” beynəlxalq konfransında açılış nitqi ilə çıxış edib

Rektor Səadət Əliyeva “Social Work & Social Research” beynəlxalq konfransında açılış nitqi ilə çıxış edib

24 noyabr 2023

Baxış sayı: 870

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Əliyeva “Social Work & Social Research” beynəlxalq konfransında açılış nitqi ilə çıxış edib. Konfrans Azərbaycan Universitetinin təşkilatçılığı, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Sent Louis Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin həmtəşkilatçılığı ilə keçirilib. 

Çıxışın mətninin təqdim edirik:

Hörmərtli konfrans iştirakçıları, hörmətli qonaqlar!

Hamınızı “Social Work & Social Research” beynəlxalq konfransının açılış mərasimində salamlayıram. Azərbaycan Universitetinin təşkil etdiyi bu konfransın həm təşkilatçıları olan ABŞ-ın Sent Luis Washington Universitetinə, Azərbaycan Sosial Tətqiqatlar Mərkəzinə və Türkiyənin Sakarya Universitetinə minnətdaram. Eyni zamanda dəvətimizi gəbul edib, bu gün bizimlə birlikdə olan, bütün dəyərli qonaqlarmıza və plenar məruzəçilərimizə təşəkkür edirəm. Mən inanıram ki, konftansın təşkili prosesində yaranmış münasibətlər qorunub saxlanılacaq və gələcəkdə də əməkdaşlığımız uğurla davam edəcəkdir.

1921-ci ildə Jane Addams belə bir fikir söyləmişdir: “Bu gün biz gözəllik, cəsarət, zəka və onların dünyanı dəyiştirə biləcəyinə inamımızda birləşmişik”. Onun söylədiyi bu fikir, ideya bu gün də öz aktuallığını saxlayır, akademik təhsilə və təcrübəyə əsaslanan “Sosial iş”peşəsinin aktuallığını, önəmini vurğulayır. Bu baxımdan hesab edirik ki, bu günkü tədbirimizin mövzusu təsadüfən seçilməmişdir. Belə ki, biz Azərbaycan Universiteti olaraq bir tərəfdən Sosial iş ixtisası istiqamətində kard hazırlığını, eyni zamanda elmi təhlilə təşviqi özümüzün prioritet istiqamətlərimizdən biri hesab edirik, eyni zamanda humanizm və ədalətliliq prinsipini özündə birləşdirən Sosial iş ixtisasının tədrisi zamanı qarşımıza bir sıra məqsədlər qoyub hədəfləyirik. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Universitetində tədris olunan bu proqram artıq beynəlxalq akkreditasiyadan keçirilmişdir. Son 5 ildə məzun olan 260 tələbədən 120-si öz ixtisası üzrə çalışır, eyni zamanda biz mühitdə elmi tətqiqata, sosial sahədə elmi təhlilə olan marağı hiss etdiyimiz üçün “Social Issues” elmi jurnalı təsis etdik və onun artıq 2 nömrəsi çap olunmuşdur. Digər tərəfdən son zamanlar mövcüd olan münaqişə ocaqlarına yenilərinin qoşulması, təbii və ekoloji fəlakətlər - bunlar hamısı dünyada sosial sahədə problemlərin olduğunu bir daha vurğulayır və elmi istiqamətdə onların araşdırılmasını zəruri edir. 

Dövrümüzün yeni sosial, iqtisadi, siyasi şəraitində insanlarla, əhali ilə sosial iş həqiqətən də böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə sosial layihələrə dövlət diqqətinin əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu siyasəti davamlı olaraq böyük müvəfəqiyyətlə həyata keçirmişdir və qeyd etmək istəyirəm ki, son zamanlar böyük sosial layihələrin həyata keçirilməsi, ölkə büdcəsinin əhəmiyyətli hissəsinin sosial sahəyə yönəldirilməsi bunu bizə bir daha sübut edir. Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın sosial sahədə xidmətləri xüsusi qeyd edilməlidir. 

Konfransın təşkili prosesində beynəlxalq elmi mühitin göstərdiyi diqqəti biz həqiqətəndə yüksək səviyyədə hiss etdik və nəzərinizə çatdırmaq istəyirəm ki, konfransın təklif etdiyi platformada təqdim edilmək üçün 32 ölkədən 156 məruzə seçilərək gəbul edilmişdir. Hesab edirəm ki, konfransın əsas məqsədi sosial iş sahəsində qabaqcıl, öncül bilik və təcrübələrimizin mübadiləsi olacaq və inanıram ki, əldə edilmiş nəticələr iştirakçılar üçün faydalı olacaq, təklif və tövsiyələr, praktik fəaliyyətimizdə öz tətbiqini tapacaqdır. 

Böyük məmnuniyyət hissi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Universiteti görülən, hiss olunan marağı nəzərə alaraq Elmi Şuranın qərarı ilə gələn il bu vaxt yenidən bu tədbirin keçirilməsini nəzərdə tutub. Mən elə indidən bu kürsüdən, burada əyləşən hər kəsi, bir il sonra yenidən görüşə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm!

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR