XƏBƏRLƏR

Rektorun müşaviri Nüşabə Quliyeva beynəlxalq tədbirdə plenar məruzə ilə çıxış edib

Rektorun müşaviri Nüşabə Quliyeva beynəlxalq tədbirdə plenar məruzə ilə çıxış edib

30 mart 2023

Baxış sayı: 1134

Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva 3-cü beynəlxalq “Artemis” Sosial və humanitar elmlər konqresində plenar məruzə ilə çıxış edib. Plenar məruzə “Heydər Əliyevin elm və təhsil siyasəti” mövzusuna həsr olunub. Məruzədə qeyd olunub ki, elm və təhsil Azərbaycan Respublikasında strateji sahə kimi daim diqqət mərkəzindədir. Azərbaycanın ümumi tərəqqisi və dövlət siyasəti ilə vəhdət təşkil edən bu sahədə müstəqilliyin bərpasından sonra köklü islahatlar həyata keçirilib. 

Beynəlxalq tədbir BZT akademiyasının təşkilatçılığı ilə zoom platforması vasitəsilə hibrid formada təşkil olunub. Tədbirdə Türkiyə, Portuqaliya, Şimali Makedoniya, Hindistan və Azərbaycandan tədqiqatçılar iştirak edib. 

Qeyd edək ki, 27 ölkə, 68 fərqli universitet ilə əməkdaşlıq edən BZT Akademiya beynəlxalq miqyasda elmi tədbir və layihələr həyata keçirir.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR