XƏBƏRLƏR

Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi tələbələr üçün ilk təlimini təşkil edib

Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi tələbələr üçün ilk təlimini təşkil edib

06 iyun 2024

Baxış sayı: 208

Azərbaycan Universitetinin yeni fəaliyyətə başlayan Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi tərəfindən tələbələr üçün “İmtahan dövründə sakitlik və özünəinam” mövzusunda təlim təşkil olunub. 

Mərkəzin tələbələrin imtahan stresini idarə etmələrinə kömək etmək məqsədilə təşkil olunan ilk təlimində iştirakçılar “Asterias” Təlim və İnkişaf Mərkəzinin təsisçisi və professional koç Nərgiz Çalbay, mərkəzin psixoloqları Həmidə Əliyeva və Mətanət İsmayıllının çıxışlarını dinləyiblər. 

Təlimdə tələbələrə imtahan stresinin səbəbləri və təsirləri, streslə mübarizə yolları, stresin azaldılması üçün praktik üsullar, psixoloji hazırlıq və pozitiv düşüncə texnikaları haqqında məlumat verilib, suallar cavablandırılıb. 

Sonda iştirakçılarla P4C metodologiyası üzrə praktiki məşğələ keçirilib. 

Təlim hər iki mərkəzin birgə təşəbbüsü ilə "18 may-18 iyun İnsan hüquqları aylığı" çərçivəsində təşkil olunub.

  İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR