XƏBƏRLƏR

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

27 dekabr 2017

Baxış sayı: 3688

 

 

Azərbaycan Universiteti 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. 

Sənəd qəbulu 19 yanvar 2018-ci il saat 17.00-a qədər Azərbaycan Universitetinin  Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında,  Magistratura və doktorantura şöbəsində aparılacaqdır. 

 

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı

İqtisad elmləri 

  • İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla 

Tarix

  • Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri 

  • Azərbaycan dili – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

 Fəlsəfə

  • Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı

İqtisad elmləri 

  • İqtisadi fəaliyyət növləri - 1 nəfər, ödənişli əsaslarla
  • Ümumi iqtisadiyyat 1nəfər – 1 nəfər, ödənişli əsaslarla
  • Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, ödənişli əsaslarla 

Tarix

  • Vətən tarixi - 1 nəfər, ödənişli əsaslarla

Filologiya elmləri 

  • Azərbaycan dili - 1 nəfər, ödənişli əsaslarla
  • Azərbaycan ədəbiyyatı - 1 nəfər, ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı - 1 nəfər, ödənişli əsaslarla 

Fəlsəfə

  • Sosial fəlsəfə - 1 nəfər, ödənişli əsaslarla
  • Fəlsəfə tarixi - 1 nəfər, ödənişli əsaslarla

Tələb olunan sənədlərin siyahısı

  • Rektorun adına ərizə
  • Kadrların şəxsi qeydiyyat vərəqi
  • Tərcümeyi-hal
  • 4 ədəd fotoşəkil (3x4)
  • İş yerindən xasiyyətnamə
  • İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
  • Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
  • Ali təhsil müəssisəsinin bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti

Bir tədris ili üçün təhsil haqqı 1200 manatdır.

 

Daha ətraflı məlumat üçün
Magistratura və doktorantura şöbəsi
Tel: (+99412) 431 41 12 daxili 126

 

İctimaiyyətlə əlaqələr şöbəsi
27.12.2017


DİGƏR XƏBƏRLƏR