XƏBƏRLƏR

Azərbaycan Universiteti kitab sərgisində iştirakını davam etdirir

Azərbaycan Universiteti kitab sərgisində iştirakını davam etdirir

07 oktyabr 2024

Baxış sayı: 319

Azərbaycan Universiteti Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən və  həftə sonunda ziyarətçilərin böyük maraq göstərdiyi X Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə (P1-408) iştirakını davam etdirir. Sərgi dahi Azərbaycan șairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub.

Azərbaycan Universitetinin stendində əsasən, universitetin nəşrləri, elmi jurnalları, yerli və beynəlxalq konfransların materialları, o cümlədən professor-müəllim heyətinin monoqrafiya, dərslik və dərs vəsaitləri nümayiş olunur. Stendin ziyarətçilərinə həm Azərbaycan Universiteti haqqında, həmdə universitetin nəşrləri haqqında ətraflı məlumat verilir. 

Qeyd edək ki, builki yubiley sərgisində 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Oktyabrın 2-də başlayan sərgi oktyabrın 8-də yekunlaşacaq. 

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıqdır. Sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin edilir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

                              



DİGƏR XƏBƏRLƏR