XƏBƏRLƏR

Azərbaycan Universitetində Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün təlimlərə başlanıb

Azərbaycan Universitetində Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün təlimlərə başlanıb

19 dekabr 2024

Baxış sayı: 22

Azərbaycan Universitetində Sosial Xidmətlər Agentliyi və “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün təlimlərə başlanıb. “Sosial işdə fərdi halların idarə edilməsi” (Keys Menecment) mövzusunda  təşkil edilən təlimləri Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru, Sosial işin təşkili kafedrasının müəllimi Aygün Muradlı, kafedranın müəllimi Sara Ağayeva və sosial işçi, sosial müdafiə üzrə mütəxəssis və tədqiqatçı Lamiyə Rzayeva  - Əhmədli aparır.

İnteraktiv şəkildə təşkil olunan təlimin ilk günü iştirakçılar komandalar şəklində “Təlimin məqsədi”,”Sosial işin əsas nəzəriyyə və metodları”,”Keys menecerin etik prinsipləri”,”Keys menecerin əsas bacarıqları”,”Keys menecment mərhələləri.Müəyyənləşdirmə və qeydiyyat” mövzuları üzrə verilən tapşırıqları həll ediblər.

Qeyd edək ki, üç günlük təlim proqramının bir hissəsi Sosial Xidmətlər Agentliyində keçiriləcək.       

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR