XƏBƏRLƏR

İKT fakültəsinin Tələbə Elmi Cəmiyyəti “SMM sinerjisi” mövzusunda seminar təşkil edib

Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnilogiyaları fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən “SMM Sinerjisi: iş və əyləncənin ahəngi” mövzusunda  seminarı keçirilib. Riyaziyyat və informatika kafedrasının dəstəyi ilə təşkil olunan seminarda “Frans Academy” təhsil şirkətinin nümayəndəsi Akifə Bəbirli tələbələrə sosial media marketinqi haqqında məlumat verib, reklam, kontent və brendin yaradılması yollarını izah edib. 

İnteraktiv formatda təşkil olunan seminarda Akifə Bəbirli iştirakçıların sosial media alqoritmləri ilə bağlı suallarını da cavablandırıb. 

Seminarda aktiv iştirak edən 3 tələbə “Frans Academy”nin “SMM və mobiloqrafiya” təliminə və əlavə olaraq 1 aylıq təcrübə proqramına ödənişsiz qəbul olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR