XƏBƏRLƏR

Xarici dillər kafedrasının akademik yazı təlimləri yekunlaşıb

Xarici dillər kafedrasının akademik yazı təlimləri yekunlaşıb

03 iyun 2025

Baxış sayı: 107

Azərbaycan Universitetinin Xarici Dillər kafedrasının silsilə akademik yazı təlimləri yekunlaşıb. Sonuncu təlimi kafedranın müəllimi Əsmər Atasoy aparıb. Təlim IELTS Writing Task 2 – “Discuss both views” esse növünə həsr olunub. 

Tədbirdə Xarici dillər kafedrasının əməkdaşları ilə yanaşı, Tərcümə və filologiya kafedrasının pedaqoji heyəti və Tərcümə (ingilis dili)  ixtisası üzrə təhsil alan bir qrup tələbə də iştirak edib. Təlimin əsas məqsədi tələbələrdə beynəlxalq akademik yazı standartlarına uyğun esse yazmaq bacarıqlarını formalaşdırmaq və onları IELTS imtahanının tələbləri ilə daha yaxından tanış etmək olub.

Asmar Atasoy çıxışında “Discuss both views” esse strukturunun xüsusiyyətlərinə toxunub, giriş hissəsinin qurulması, hər iki fikirin təqdimatı və şəxsi mövqenin ifadəsi haqqında məlumat verib, həmçinin nəticə hissəsinin necə yazılmalı olduğunu praktiki nümunələr əsasında  izah edib.

İnteraktiv formatda təşkil olunan təlimdə tələbələr verilmiş mövzu ətrafında müzakirələr aparıb, öz fikirlərini bölüşüb, suallar ünvanlayıb və yazı nümunələrini birgə təhlil ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR