XƏBƏRLƏR

Azərbaycan Universiteti RUR reytinqində 85 pillə irəliləyib

Azərbaycan Universiteti RUR reytinqində 85 pillə irəliləyib

03 iyun 2025

Baxış sayı: 186

“Round University Ranking” (RUR) beynəlxalq reytinqinin 2025-ci il üçün cədvəli açıqlanıb. Azərbaycan Universiteti bu reytinq üzrə 2024-cü illə müqayisədə 85 pillə irəliləyərək, Azərbaycanın ali təhsil müəssisələri arasında 4-cü yerdə qərarlaşıb. RUR reytinqi üzrə Azərbaycan Universitetinin bu ilki göstəricisi 970-dir, keçən il bu rəqəm 1055 olub. 

Azərbaycan Universiteti RUR reytinqinə ilk dəfə 2024-cü ildə daxil olub və ölkə üzrə ötənilki mövqeyini qoruyub. 

Qeyd edək ki, RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmiləlləşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR