XƏBƏRLƏR

Lətifə Ağamalıyevanın “Elmi fəaliyyətin qiymətləndirilməsi” adlı dərs vəsaiti çap olunub

Lətifə Ağamalıyevanın “Elmi fəaliyyətin qiymətləndirilməsi” adlı dərs vəsaiti çap olunub

26 fevral 2024

Baxış sayı: 486

Azərbaycan Universitetinin Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın müəllifi olduğu “Elmi fəaliyyətin qiymətləndirilməsi. Elmmetrik bazalar” adlı dərs vəsaiti çap olunub. Təqdim olunan dərs vəsaiti doktorantlara və elmi tədqiqatçilara elmi nəticələrini müasir səviyyədə tərtib etmək, elmmetrik bazalardan istifadə etməklə yüksək reytingli jurnallarda çap olunmaq, elmi profillər yaratmaq və inkişaf etdirmək, son nəticədə öz elmi göstəricilərini yaxşılaşdırmaq istiqamətində qarşılaşdıqları çətinlikləri aradan qaldımağa kömək edəcək.

Təqdim olunan tədris vəsaitinin birinci fəslində elmmetrikanın yaranma tarixi, “Web of Science” və “Scopus” indekslənmə bazalarında istifadə olunan əsas elmmetrik göstərcilər, onların hesablanması üsulları və təyinatı nəzərdən keçirilir. Bundan başqa “Web of Science” və “Scopus” bazalarının resurslarından istifadə ətraflı təsvir olunur.

İkinci fəsil müxtəlif sistemlərdə müəllif identifikatorlarının və profillərinin yaradılmasına həsr olunub. Bu fəsildə Scopus Author Identifier, WoS (ResearcherID), ORCID, Science Index (eLIBRARY) müəllif identifikatorlarının  alınması və Google Scholar müəllif profilinin yaradılması ətraflı təsvir edilir.

Üçüncü fəsil elmi sosial şəbəkə resurslarından istifadəyə həsr olunub. “Research Gate”, “Academia.edu”, “Mendeley” kimi elmi şəbəkə resurslarında qeydiyyatdan keçmək və işləmək proseduru ətraflı təsvir olunur.

Dördüncü fəsil elmi tadqiqatçılara elmi mənbə kimi xidmət göstərən, eləcə də məqalələrini çap edə bilmələri üçün uyğun jurnal seçməyə kömək edən bəzi xülasələndirmə bazalarına həsr olunub. Bu fəsildə müxtəlif elm sahələrində nüfuzlu “ERIH PLUS”, “PubMed”, “MathSciNet”, “Chemical Abstracts Service”, “zbMATH Open”, “EconLit”, “GeoRef” və “Index Copernicus” kimi xülasələndirmə bazalarının iş prinsipi ətraflı təsvir edilir.

Beşinci fəsildə elmi məqalələrin strukturuna qoyulan tələblər, jurnal seçimi və məqalələrin jurnala təqdim olunması prosesi təsvir olunur. Bundan başqa tədqiqat nəticələrinin elmi ictimaiyyətdə təbliğini şərtləndirən əsas amillər qeyd olunur.

Qeyd edək ki, dərs vəsaitinin müəllifi Lətifə Ağamalıyeva riyaziyyat üzrə fəlsəfə doktorudur. Elmi jurnalların yaradılması, inkişafı və elmmetrik bazarlar üzrə mütəxəssisdir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR