XƏBƏRLƏR
Tərcümə ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsi keçirilib
Azərbaycan Universitetində Tərcümə (ingilis dili) ixtisası üzrə təhsil alan I və II kurs tələbələri üçün “Tərcümə peşəsinin incəlikləri” mövzusunda ustad dərsi keçirilib. Tərcümə və filologiya kafedrasının təşkil etdiyi ustad dərsinin məruzəçisi ABŞ-ın Azərbaycandakı səfirliyinin protokol mütəxəssisi və tərcüməçisi Xaqani Əliyev olub.
Tədbiri giriş sözü ilə kafedranın müdiri, dosent Samirə Məmmədova açaraq Xaqani Əliyevə dəvəti qəbul etdiyinə görə minnərdarlığını bildirib. Kafedra müdiri tələbələrə təlimin mövzusu ilə bağlı qısa məlumat verib, dünyada baş verən proseslərə paralel olaraq tərcümə peşəsinin gedərək daha çox əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Ardınca Xaqani Əliyev tələbələrə tərcümə anlayışı, tərcümənin növləri, şifahi tərcümə, yazılı tərcümə, sinxron tərcümə, ardıcıl tərcümə, tərcümənin növləri arasında oxşar və fərqli cəhətlər, tərcümə zamanı yol verilən səhvlər, tərcümə prosesində tələb olunan bacarıqlar, tərcümə vərdişlərinin yaradılması və inkişaf etdirilməsi, tərcümə bazarı haqqında məlumat verib.
Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi