XƏBƏRLƏR
“Ümummilli lider Heydər Əliyevin irsinin tərcüməsi” fənni üzrə dərs vəsaiti çap olunub
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, Tərcümə və filologiya kafedrasının müdiri Samirə Məmmədova, kafedranın müəllimləri Fəzilə Zakirova və Heydər Quliyevin həmmüəllifliyi ilə Tərcümə ixtisasının seçmə fənlər blokunda tədris olunan “Ümummilli lider Heydər Əliyevin irsinin tərcüməsi” adlı fənn üçün tərtib olunan dərs vəsaiti çap olunub.
Dərs vəsaitinin əsas məqsədi müasir dünya inkişafının reallıqlarını nəzərə alaraq, milli suverenlik prinsiplərinin nədən ibarət olduğunu şərh etməyi bacarmaq, Azərbaycanda milli intellektual cəmiyyətin formalaşmasına istinad edərək mənimsənmiş lüğəti nümayiş etdirmək, müasir dünyada strateji təhlükəsizliyin yeni modelinin formalaşmasında Azərbaycan faktorunun rolunu izahlı şəkildə təsdiq etmək, mədəniyyətlərin birgə yaşayışının və dini tolerantlığını Azərbaycan təcrübəsi nümunəsində hədəf dildə açıqlamaq, mükəmməl dövlətçilik modelinin yaradıcısı, Heydər Əliyev siyasətinin Cənubi Qafqazda aparıcı rolunu autentik mənbələrlə əsaslandırma vərdişlərinə yiyələnmək və lüğət bazasından istifadə etmək, o cümlədən informasiya məkanı və mənəvi psixoloji təhlükəsizliyimizi qorumaq üçün bilik və qabiliyyətləri səfərbər edərək hədəf dildə analitik şərh etməyi nümayiş etdirməkdən ibarətdir.
“Ümummilli lider Heydər Əliyevin irsinin tərcüməsi” adlı dərs vəsaiti göstərilən istiqamətlər üzrə mövzuları, onlara aid lüğət ehtiyatının mənimsənilməsini, mövzu ətrafında müzakirələrin aparılmasını, təqdimatların nümayiş etdirilməsini, məxəz dildən hədəf dilə transformasiya ilə yanaşı xalqımızın, dövlətimizin tarixi keçmişinə qürurla baxmağa, gələcəyimizi formalaşdıran vətəndaşlar kimi milli müstəqilliyimizin banisinə - Heydər Əliyevə böyük rəğbət və ehtiramla yanaşmağa elmi əsas yaratmağı nəzərdə tutur.
İctimaiyyətlə əlaqələr şöbəsi