XƏBƏRLƏR

“İpək yolu” jurnalının “Qarabağ Azərbaycandır” xüsusi buraxılışı dərc olunub

“İpək yolu” jurnalının “Qarabağ Azərbaycandır” xüsusi buraxılışı dərc olunub

04 oktyabr 2021

Baxış sayı: 1946

Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalının “Qarabağ Azərbaycandır” xüsusi buraxılışı hazırlanıb. Xüsusi buraxılış Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixinə, müzəffər ordumuzun erməni işğalçı qüvvələri üzərində böyük qələbəsinə həsr olunub.

Jurnalda yer alan məqalələrdə Qarabağın ən qədim zamanlardan bizim günlərə qədər tarixi əks edilib, bu diyarın Azərbaycan türklərinin əzəli yurdu olması, ata-babalarımızın minillər boyu burada davamlı yaşaması ilkin mənbələr əsasında sübut edilib. Topluda Qarabağın azad edilməsini şərtləndirən amillərin, işğal edilmiş ərazilərdə erməni vandalizmini əks etdirən faktların şərhinə xüsusi diqqət yetirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.10.2021

DİGƏR XƏBƏRLƏR