XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndə heyəti Polşada işgüzar səfərdədir
Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində işgüzar səfərdədir. Nümayəndə heyətində rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil olunurlar.
Nümayəndə heyəti bir həftəlik səfər zamanı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi məqsədilə Krakov İqtisadiyyat Universitetində müxtəlif görüşlər keçirib. Doktorantura təhsili və prosedurları mərkəzinin direktoru Agnieszka Gucwa ilə gələcəkdə doktorantlara ikili rəhbərlik məsələləri, MBA ofisinin rəhbəri Monika Bulsza ilə MBA təhsili sahəsində əməkdaşlıq, Dövlət idarəçiliyi məktəbinin direktoru Piotr Kopycinski bu sahədə birgə layihələrin hazırlanması və həyata keçirilməsi, Beynəlxalq əlaqələr şöbəsinin direktor müavini Slywia Rutwoska ilə isə ikili diplom proqramının tətbiqi müzakirə olunub.
Nüşabə Quliyeva və Elmira İsmayılova Azərbaycan Universitetinin hazırda təhsilini Polşanın Krakov İqtisadiyyat Universitetində davam etdirən magistratura tələbəsi Şaiq İsmayılov ilə də görüşüblər.
Qeyd edək ki, Azərbaycan Universiteti Polşanın Krakov İqtisadiyyat Universiteti ilə "Erasmuus+K1" layihəsi çərçivəsində əməkdaşlıq edir. Nümayəndə heyətinin işgüzar görüşləri davam edir.
İctimaiyyətlə əlaqələr şöbəsi