XƏBƏRLƏR

Azərbaycan Universitetində “İqtisadi suverenlik dövlətin iqtisadi qüdrətinin əsasıdır” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Universitetində “İqtisadi suverenlik dövlətin iqtisadi qüdrətinin əsasıdır” mövzusunda elmi seminar keçirilib

14 fevral 2025

Baxış sayı: 37

Azərbaycan Universitetinin Maliyyə və mühasibat kafedrasının “İqtisadi suverenlik dövlətin iqtisadi qüdrətinin əsasıdır” mövzusunda elmi seminarı keçirilib. Seminarda universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov və kafedranın bir qrup müəllim heyəti iştirak edib. 

Seminarda kafedranın müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəriman Böyükkişi açılış nitqi ilə çıxış edərək qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Sərəncam suverenlik dəyərlərinin təbliği və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: “Cənab Prezidentin sərəncamı rəhbər tutularaq il ərzində univesitetimizdə və kafedramızda da müvafiq elmi tədbirlər həyata keçiriləcək”, - deyə kafedra müdiri əlavə edib. 

Nəriman Böyükkişi açılışın ardından məruzə ilə çıxış edib. Məruzə suverenlik və iqtisadi suverenlik anlayışları, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin  əsasları, iqtisadi suverenliyin məzmunu, iqtisadi müstəqilliyin əsas prinsipləri və bu kimi mövzuları əhatə edib. 

Daha sonra kafedranın müəllimləri - iqtisad üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əliağa İsmayılzadə və Gülanə İsayevanın məruzələri dinlənilib. Məruzələrdə iqtisadi suverenliyin əhəmiyyətinə diqqət çəkilib, mövzunun müxtəlif istiqamətlərinə toxunulub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR