XƏBƏRLƏR

Elvin Abbasbəyli istehsalat təcrübəsində olan tələbələrlə görüşüb

Elvin Abbasbəyli istehsalat təcrübəsində olan tələbələrlə görüşüb

04 aprel 2025

Baxış sayı: 100

Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının ilk azərbaycanlı üzvü, Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi Elvin Abbasbəylinin Azərbaycan Universitetinin “Avrasiya” Tərcümə Mərkəzində istehsalat təcrübəsi keçən və Tərcümə (ingilis dili) ixtisası üzrə təhsil alan bir qrup sonuncu kurs tələbəsi ilə görüşü təşkil olunub. 

Elvin Abbasbəyli görüşdə tələbələrlə beynəlxalq təcrübəsini və uğur hekayəsini bölüşərək onları daha fəal və məqsədyönlü olmağa təşviq edib. Görüş müzakirə və sual-cavablarla davam edib.

Tələbələr üçün motivasiyaedici və maarifləndirici xarakter daşıyan görüş, onların nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edib.

Qeyd edək ki, “Avrasiya” Tərcümə Mərkəzində istehsalat təcrübəsində olan tələbələrə  Tərcümə və filologiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Ləman Qasımlı rəhbərlik edir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR