XƏBƏRLƏR

Magistraturaya qeydiyyat iyulun 21-dən 31-dək elektron qaydada aparılacaq

Magistraturaya qeydiyyat iyulun 21-dən 31-dək elektron qaydada aparılacaq

19 iyul 2023

Baxış sayı: 939

Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavrlar 2023-cü il 21 iyul saat 11:00-dan  31 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında “qeydiyyat” düyməsindən istifadə edərək şəxsi kabinet yaratmaq, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. 

Portal qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı

  • Diplomun və ona əlavənin surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər üçün) 
  • Bakalavr dərəcəsi verilməsi haqqında arayış (cari ilin məzunları üçün)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış
  • Hərbi bilet yaxud təhkim şəhadətnaməsi (oğlanlar üçün)
  • 3x4 ölçüdə rəngli şəkil

Daha ətraflı məlumat üçün 

  • Ödəniş, sənədlər və qeydiyyatla bağlı (+99412) 431 41 12 (114), 050 268 38 19 nömrəli telefonlar, 
  • Dərslərin təşkili ilə bağlı isə (+99412) 431 41 12 (126), 050 268 38 08 (56 və 26-cı proqramlar), 050 268 38 00 (digər proqramlar) nömrəli telefonlar ilə əlaqə saxlaya bilərsiniz. 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR