XƏBƏRLƏR

Dissertant Günay Həsənovanın ilkin müzakirəsi keçirilib

Dissertant Günay Həsənovanın ilkin müzakirəsi keçirilib

23 yanvar 2025

Baxış sayı: 73

Siyasi və ictimai elmlər kafedrasının iclasında dissertant Günay Həsən qızı Həsənovanın tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Şimali Azərbaycanın Quba bölgəsinin sənətkarlıq tarixi (XVIII əsrin 2-ci yarısı, XX əsrin əvvəlləri) ” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınskinin sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri tarix elmləri doktoru, professor Camal Mustafayevdir.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR