XƏBƏRLƏR

Azərbaycan Universiteti Şanxay reytinqində TOP500-də yer alıb

Azərbaycan Universiteti Şanxay reytinqində TOP500-də yer alıb

30 yanvar 2025

Baxış sayı: 73

Azərbaycan Universiteti beynəlxalq reytinqlərdə yer almağa davam edir. Belə ki, dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən “Akademik Fənlərin Qlobal Reytinqi” dərc olunub. Azərbaycan ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunur. 

Reytinqdə ölkə üzrə ən yüksək mövqe Azərbaycan Universitetinə məxsusdur. Universitet bu reytinqdə 301-400-cü pillələr arasında yer alıb.  

Qeyd edək ki, Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir. “Akademik Fənlərin Qlobal Reytinqi”ndə təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb elmləri və sosial elmlər daxil olmaqla 5 geniş sahə və 55 fənn üzrə dünyanın 96 ölkəsindən 1900-dən çox universitet yer alır. Bu reytinq müvafiq fənlər üzrə dünya universitetlərinin fəaliyyətini 5 kateqoriyaya (dünya səviyyəli akademik heyət, dünya səviyyəli elmi göstəricilər, yüksək keyfiyyətli tədqiqat, tədqiqat təsiri və beynəlxalq əməkdaşlıq) əsasən qiymətləndirir.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR