Regionşünaslıq (Avropa ölkələri üzrə)

  • İxtisasın adı: Regionşünaslıq (Avropa ölkələri üzrə) 
  • İxtisas qrupu: III
  • Fakültə: Humanitar və sosial elmlər
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani - 2700 AZN

Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası Avropa ölkələrinin tarixi, siyasi sistemləri, iqtisadiyyatı, mədəniyyəti, xarici siyasəti və regional əməkdaşlıq əlaqələrini öyrənir. İxtisasın əsas məqsədi Avropa regionunda baş verən siyasi, iqtisadi və sosial prosesləri təhlil edən, Avropa ölkələrinin inkişaf xüsusiyyətlərini və regional əməkdaşlıq mexanizmlərini araşdıran, Azərbaycan ilə Avropa ölkələri arasındakı münasibətləri təhlil etməyi bacaran mütəxəssislər yetişdirməkdir.

Bu ixtisas xarici ölkələrin tarixinə, dillərinə, mədəniyyətinə və beynəlxalq proseslərə maraq göstərən, müxtəlif cəmiyyətləri müqayisə etməyi, siyasi və iqtisadi hadisələrin səbəblərini araşdırmağı sevən abituriyentlər üçün uyğundur. Xarici dilləri öyrənməyə həvəs, araşdırma bacarığı, analitik düşüncə və fərqli mədəniyyətlərə açıq münasibət bu sahədə uğur qazanmaq üçün vacib keyfiyyətlərdir.

Təhsil 

Tələbələr Avropa ölkələrinin tarixi və siyasi inkişafını, dövlət idarəçiliyi sistemlərini, iqtisadi modellərini, mədəni xüsusiyyətlərini, xarici siyasətini və beynəlxalq münasibətlərini öyrənirlər. Həmçinin Avropa İttifaqının strukturu və fəaliyyəti, Avropa ölkələri arasında əməkdaşlıq, regional təhlükəsizlik, inteqrasiya prosesləri və Azərbaycanın Avropa dövlətləri ilə əlaqələri kimi mövzular tədris olunur. 

Tələbələrdə Avropa regionunda baş verən hadisələri təhlil etmək, ölkələrin siyasi və iqtisadi sistemlərini müqayisə etmək, müxtəlif mənbələrdən məlumat toplamaq, analitik mətnlər və hesabatlar hazırlamaq bacarıqları formalaşdırılır. 

Karyera imkanları

Məzunlar dövlət qurumlarında, tədqiqat mərkəzlərində, beynəlxalq təşkilatlarda, qeyri-hökumət təşkilatlarında və özəl şirkətlərdə fəaliyyət göstərə bilərlər. Avropa ölkələri ilə əməkdaşlıq edən şirkətlərdə, təhsil və mədəniyyət mübadiləsi layihələrində, eləcə də beynəlxalq layihələrin idarə olunması kimi sahələrdə də fəaliyyət imkanları mövcuddur. 

İxtisasın gələcəyi

Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası Avropanı yalnız coğrafi məkan kimi deyil, siyasi, iqtisadi və mədəni proseslərin qarşılıqlı təsirdə olduğu bir region kimi öyrənmək istəyənlər üçün müxtəlif fəaliyyət istiqamətləri təqdim edir. Avropa ölkələri ilə siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafı, regional təhlükəsizlik məsələləri və beynəlxalq əməkdaşlıq mexanizmlərində baş verən dəyişikliklər Avropa regionu üzrə ixtisaslaşmış mütəxəssislərə ehtiyacı aktual saxlayır. 

  • Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisasının Təhsil Proqramını BURADAN yükləyə bilərsiniz.
  • Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisasının Tədris Planını BURADAN yükləyə bilərsiniz.