Turizm işinin təşkili


  • İxtisasın adı: Turizm işinin təşkili
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2500 AZN
  • Təhsil haqqı: Azərbaycan bölməsi, qiyabi – 2000 AZN

Hazırda dünyada bir çox ölkələrinin büdcə gəlirlərinin böyük hissəsini turizmdən gələn gəlirlər təşkil edir. Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.

Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. İxtisasın əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uygun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhlil etmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. 

İxtisas üzrə məzunların vəzifə öhdəliklərinə xarici və daxili, fərdi və qrup turlarının təşkili, xarici və daxili tərəfdaşlar ilə əlaqələrin qurulması və işgüzar yazışmaların aparılması, müştərilərdən gələn sorğuların cavablandırılması, otelllərin və turizm xidmətlərinin bronlaşdırılması, səyahət sığortasının yazılması, mövsümə uyğun turların analiz edilib hazırlanması, müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi, aviabiletlərlə bağlı əməliyyatların aparılması və bu kimi işlər daxildir. Turizm işinin təşkili ixtisasının məzunları mehmanxana şəbəkələri, turizm şirkətləri, beynəlxalq turizm təşklatları, uyğun təyinatlı dövlət qurumlarında işləyə bilərlər.

Turizm işinin təşkili ixtisasının tədris qrafikini BURADAN görə bilərsiniz.