Mühasibat

  • İxtisasın adı: Mühasibat 
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2200 AZN
  • Təhsil haqqı: Azərbaycan bölməsi, qiyabi – 2000 AZN
  • Təhsil haqqı: İngilis bölməsi, əyani – 2500 AZN

Bu ixtisasa qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.

Mühasibat ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqların aşılanmasıdır. Sığorta agentlikləri, vergi müfəttişlikləri, pensiya fondları daxil olmaqla müxtəlif maliyyə təşkilatlarında, habelə sənaye, tibb, nəqliyyat, təhsil və bu kimi müztəlif fəaliyyət sahələrində də mühasiblərə ehtiyac vardır. 

Mühasibatlıq bir müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edən əsas sahələrdən biridir. Müəssisələr cari dövr ərzində maliyyə vəziyyətlərini müəyyənləşdirərkən və gələcək fəaliyyətləri barəsində qərar verərkən mühasiblərin verdiyi məlumatlara əsasən hərəkət edirlər. Mühasibat şöbəsinin verdiyi qərarlar müəssisənin mövcud vəziyyətini ifadə etməklə qalmayıb eyni zamanda gələcək investisiya qərarlarının verilməsinə kömək edir. 

Yaxşı riyazi bacarığı olan, informasiyanı təhsil və sintez etməyi, ümumiləşdirməyi bacaran insanların yaxşı mühasib olma şansı var. İxtisas üzrə işləyənlərin vəzifə öhdəliklərinə vergi, statistika və DSMF hesabatlarının hazırlanması; mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi; müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabatında düzgün əks etdrilməsi; maliyyə hesabat və kredit əməliyyatlarının müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi; əmək haqqı və məzuniyyətlərin hesablanması; anbar hesabatlarının hazırlanması və onlara nəzarət və bu kimi işlər daxildir.

Mühasibat ixtisasının tədris qrafikini Azərbaycan bölməsi üçün BURADAN yükləyə bilərsiniz.

Mühasibat ixtisasının tədris qrafikini ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.