Menecment

  • İxtisasın adı: Menecment
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat 
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2000 AZN


Menecment ixtisası üzrə təhsil alan tələbələr müəssisə fəaliyyətinin effektiv idarə olunması yollarını öyrənirlər. Menecmentin əsas vəzifəsi müəssisənin fəaliyyətinin səmərəli təşkili və düzgün idarəetmə qərarlarının qəbul edilməsidir. Menecment ixtisası üzrə bakalavrlar müxtəlif dövlət və yerli idarəetmə orqanlarında, kommersiya və  qeyri-kommersiya təşkilatlarında menecer vəzifələrində çalışa bilərlər.

Menecment ixtisasını almış mütəxəsislər idarəetmə proseslərində informasiya texnologiyalarının tətbiqi və istifadə edilməsi, istehsal proseslərinin səmərəli təşkili və idarə edilməsi, müəssiələrin strateji idarə edilməsi məsələləri, biznes-planın tərtib edilməsi və həyata keçirilməsi, layihə menecmenti kimi bilik və bacarıqlara sahib olurlar. 


Menecment ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.