Bu ixtisasa qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.
Marketinq ixtisası üzrə bakalavr təhsili alan tələbələr istehlakçıların tələbinin ödənilməsi üçün lazım olan olan məhsul və xidmətlərin istehsalı, səmərəli satışının təşkil edilməsi üçün bazar tədqiqatlarının aparılmasını öyrənirlər. Marketinq ixtisası üzrə çalışan mütəxəsislər marketoloqlar, marketerlər və ya bazar araşdırmaçıları adlanırlar. Marketoloqlar əsas etibarilə biznes fəaliyyəti ilə məşğul olan müxtəlif kommersiya təşkilatlarında (şirkətlərdə) çalışa bilərlər.
Marketinq ixtisasını almış mütəxəsislər marketinq tədqiqatlarının aparılması, istehlakçıların davranışının modelləşdirilməsi və bazarın seqmentləşdirilməsi məsələləri, marketinqin kommunikasiya sistemi, məhsulların bölüşdürülməsi və satış kanallarının formalaşdırılması, strateji marketinq planlaşdırılması prosesinin həyata keçirilməsi kimi bilik və bacarıqlara sahib olurlar.
Marketinq ixtisasının tədris qrafikini Azərbaycan bölməsi üçün BURADAN yükləyə bilərsiniz.
Marketinq ixtisasının tədris qrafikini ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.