Maliyyə


  • İxtisasın adı: Maliyyə
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat 
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2200 AZN
  • Təhsil haqqı: İngilis bölməsi, əyani – 2500 AZN

Bu ixtisasa qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.

Maliyyə ixtisası müəssisənin (banklar, özəl şirkətlər, dövlət strukturları və s.) maliyyə əməliyyatlarını həyata keçirmək üçün lazım olan nəzəri və təcrübi  bilik və bacarıqları öyrədir. Maliyyə əməliyyatları dedikdə müəssisənin pul vəsaitlərinin əmələ gəlməsi, bölüşdürülməsi və ona nəzarət, gəlirlərini idarə etmək, ona nəzarəti həyata keçirmək, maliyyə itkilərinin riskini azaltmaq nəzərdə tutulur.

Maliyyə ixtisasını əldə etmiş mütəxəsislər dövlət büdcəsinin formalaşması və istifadəsi mexanizmini, beynəlxalq valyuta- maliyyə və kredit münasibətləri, bank sistemi və bankların fəaliyyət mexanizmi, müəssisələrdə pul vəsaitlərinin əmələ gəlməsi, istifadəsi və bu proseslərə nəzarət edilməsi, vergi sistemi və vergiqoymanın ümumi məsələləri, sığortanın iqtisadi mahiyyəti, sığortanın təşkili və sığorta təşkilatlarının fəaliyyət mexanizminin həyata keçirilməsi kimi şağıdakı bilik və bacarıqlara sahib olurlar.

Maliyyə ixtisasının tədris qrafikini Azərbaycan bölməsi üçün BURADAN yükləyə bilərsiniz.

Maliyyə ixtisasının tədris qrafikini ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.