Müasir dövrdə dövlət qurumları və özəl sektor şirkətləri getdikcə daha çox informasiyanın məxfiliyini təmin etmək, məlumatlara icazəsiz girişin qarşısını almaq, kompüter sistemləri və şəbəkələrini kənar müdaxilələrdən qorumaq ehtiyacı ilə üzləşirlər. Məlumatların hərtərəfli qorunmasını təmin etmək vəzifəsi informasiya təhlükəsizliyi mütəxəssisinin çiyinlərinə düşür. Bu peşə informasiya texnologiyaları və təhlükəsizlik texnologiyalarının birləşməsindən meydana gəlmişdir.
Bu ixtisasda təhsil alan tələbələr informasiya təhlükəsizliyinin əsasları, kompüter təhlükəsizliyi, informasiya təhlükəsizliyi üçün proqram və texniki təminatı, informasiya təhlükəsizliyinin şifrələnməsi üsulları, informasiya təhlükəsizliyinin təşkilati və hüquqi təminatı kimi biliklərə yiyələnirlər.
Kompüterin insan fəaliyyətinin hər sahəsinə nüfuz etdiyi, texnologiyanın həyatımızda mühüm yer tutduğu bu dövrdə ixtisasın gələcəyi olduqca parlaqdır. Azərbaycan Universitetində ixtisas üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi və tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması üçün infrastruktur mövcuddur, müasir proqram təminatları ilə təchiz olunmuş kompüter laboratoriyaları fəaliyyət göstərir. Bütün kompüterlərdə Təhsil Nazirliyinin standartlarına və tədris olunan fənlərin tələbətına uyğun proqram təminatları quraşdırılıb.
2021-ci ildə Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin İnformasiya Təhlükəsizliyi üzrə birgə Tədris-Tədqiqat laboratoriyasının açılışı olub. Burada tələbələr və gənc tədqiqatçılar kibertəhlükəsizlik sahəsindəki müxtəlif problemlərin tədqiqi və həlli yollarını praktik olaraq öyrənirlər.
İnformasiya təhlükəsizliyi ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.