Tarix

  • İxtisasın adı: Tarix
  • İxtisas qrupu: III
  • Fakültə: Humanitar və sosial elmlər 
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 3000 AZN

Tarix ixtisası ayrı-ayrı dövrlərdə və regionlarda baş vermiş tarixi hadisələri, ictimai-siyasi və iqtisadi prosesləri, dövlətlərin və xalqların inkişaf mərhələlərini, tarixi təcrübəsini öyrənir.  İxtisasın əsas məqsədi tarixi hadisə və prosesləri elmi mənbələr əsasında araşdırmağı, onların səbəb və nəticələrini müəyyənləşdirməyi, keçmişlə müasir dövr arasındakı əlaqələri izah etməyi bacaran mütəxəssislər yetişdirməkdir.

Təhsil

Tələbələr Azərbaycanın və dünya ölkələrinin tarixini, qədim və orta əsrlər tarixini, yeni və müasir dövrün əsas hadisələrini, tarixi mənbəşünaslığı və tarixşünaslığı öyrənirlər. Onlarda tarixi sənədlərlə işləmək, məlumatları müqayisə etmək, hadisələri xronoloji ardıcıllıqla sistemləşdirmək, tarixi faktları təhlil etmək və tədqiqat nəticələrini elmi əsaslarla təqdim etmək bacarıqları formalaşır.

Karyera imkanları

Məzunlar dövlət orqanlarında, təhsil müəssisələrində, muzeylərdə, arxivlərdə, kitabxanalarda, elmi-tədqiqat institutlarında və mədəniyyət qurumlarında, mədəni - tarixi irsin qorunması, arxiv materiallarının araşdırılması, ekspozisiyaların hazırlanması, elmi tədqiqat ilə bağlı fəaliyyət sahələrində çalışa bilərlər. Müəllimlik fəaliyyəti üçün müvafiq pedaqoji tələblərə uyğunluq nəzərə alınmalıdır.

İxtisasın gələcəyi

Tarixi irsin qorunması, yeni tarixi mənbələrin araşdırılması və tarixi biliklərin gələcək nəsillərə ötürülməsi gələcəkdə də tarixçilərin əsas fəaliyyət istiqamətləri olacaq. Bununla yanaşı, tarix elminin inkişafı yeni mənbələrin üzə çıxarılması, mövcud məlumatların yenidən araşdırılması və rəqəmsal texnologiyaların tədqiqatlara tətbiqi ilə sıx bağlıdır. Tarixi sənədlərin elektronlaşdırılması, rəqəmsal arxivlərin inkişafı və məlumatların emalı vasitələrinin təkmilləşdirilməsi tarixçilərin iş üsullarını dəyişir, keçmişin öyrənilməsinə yeni yanaşmalar formalaşdırır. Bu dəyişikliklər gələcək mütəxəssislərdən ənənəvi tədqiqat bacarıqları ilə yanaşı, rəqəmsal mənbələrdən səmərəli istifadə etməyi və tarixi məlumatları elmi əsaslarla qiymətləndirməyi də tələb edir.

  • Tarix ixtisasının Təhsil Proqramını BURADAN yükləyə bilərsiniz.
  • Tarix ixtisasının Tədris Planının BURADAN yükləyə bilərsiniz.